(+994) (050) 642 4103

Alman dili

https://unsplash.com/@dsmacinnes
Həftədə: 2/3 dəfə Həftəlik: 3 saat  Qrup: 3-4 nəfər  
Ümumi məlumatlar  Alman dili aşağıdakı formalarda tədris olunur:
  • Ümumi kurs
  • Qeyri-intensiv kurs
  • İntensiv kurs (A1-C2)
  • TestDaF imtahanına hazırlıq  kursu
Qrupda tələbə sayı
Qruplarımız  3-4 nəfərdən ibarət olur. Dərs zamanı hər bir kurs iştirakçısına fərdi yanaşılır və əlavə izahatlar verilir. Dərsdə ünsiyyətə, danışığın inkişafına mühüm yer verilir. Çalışılır ki, bütün tələbələr dərsdə danışsın və dərsdə fəal iştirak etsinlər.
Dil səviyyələri
Biz 6 səviyyədə Alman dilini tədris edirik.:"Avropanın Vahid Qiymət Sistemi" çərçivəsinə uyğun olaraq: A1(ən aşağı) səviyyəsindən ən yüksək C2 səviyyəsinə kimi
Testlər
Hər bir səviyyənin sonunda test imtahanı keçiririk. Ən azı 70%-i toplayan iştirakçılar növbəti mərhələyə keçirlər.
Ev tapşırıqları
Evə verilən tapşırıqlara hər dərs üçün hazırlıqlı olmağı kurs iştirakçılarımızdan tələb edirik.
Müəllimlər
Easy Learning Academy mərkəzində fəaliyyət göstərən müəllimlər təcrübəli və xaricdə təhsil almış yerli müəllimlərdir.
Dərs metodikası
Dərslər kommunikativ metodlar əsasında keçirilir ki, bu da iştirakçının nitqinin fəal olmasına və onun daha çox ünsiyyətdə olmasına şərait yaradır. Kommunikativ metod ənənəvi formadan tamamilə fərqlidir. Belə ki, əzbərlənmiş dialoqlar və darıxdırıcı mövzular üzrə qoyulmuş standart suallara cavablar bu metoda tamamilə yaddır. Şəxsi təcrübəmizdən də bilirik ki, bu formada öyrənilən hər bir material tez bir zamanda unudula bilər. Müasir dərs vəsaitləri canlı, ünsiyyət xarakteri daşıyan, qrup proyektləri, oyunlar, müasir alman dilinin söz ehtiyatının və qrammatikasının öyrənilməsinə yönəlmişdir. Oxuma, dinləmə, yazma və danışıq bacarığı – hamısı birlikdə dərs ərzində inkişaf etdirilir. Tələbənin analiz etmə qabiliyyəti, məntiqi düşüncəsi də bir sıra aktual sualları araşdırdıqda və elmi müzakirələri aparan zaman inkişaf etmiş olur. Bizim alman dili dərslərimizdə siz nəinki alman dilini öyrənirsiniz, həmçinin müxtəlif elmi, siyasi mətnlərin sayəsində dünyagörüşünüzu də artırırsınız.